TURAN CAVİDİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FİLM-VERİLİŞ ÇƏKİLİB [22.09.2008 ]
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev muzeyində yazıçının qızı Turan Cavidin 85 illik yubileyi münaisbətilə sənədli filmin çəkilişlərinə başlanılıb. Artıq çəkilişlərin ilkin mərhələsi yekunlaşıb. Oktyabr ayının 2-də AZTV film-verilişin ilk hissəsini nümayiş etdirəcək. Rejissoru Ramiz Həsənoğlu, ssenari müəlifi Sadıx Elcanlı, quruluşçu operatoru Musa Vəliyev olan filmdə Turan Cavidin həyat və yaradıcılığından bəhs olunub. Filmdə sənətşünas alim Aydın Talıbzadə, "Cavid ömrü" filminin ssenari müəllifi, xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, muzeyin direktoru Gülbəniz Babaxanlı, Fərid Quliyevin Turan Cavidlə bağlı xatirələrinə də yer ayırılıb. Turan Cavidə həsr olunmuş filmdə Dəniz Tacəddin ("Cavid ömrü" filmində Turan Cavidin obrazını yaratmış aktyor) skripkada Ərtoğrul Cavidə məxsus sonatanı da ifa edib. Həmçinin cavidlər ayının-oktyabrın ilk ongünlüyündə Turan Cavidin 85 illik yubileyinə həsr olunmuş kitab da nəşr olunacaq.