Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi


/ Muzeyin tarixi /

Xəbərlər


[09.06.2008 ]
“CAVİDŞÜNASLIQ” ÇOXCİLDLİYİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
iclasAzərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi əməkdaşlarının hazırladığı böyük sənətkarın yubileyinə həsr olunan “Cavidşünaslıq” çoxcildliyinin 3 cildini (I, II, III) nəşr etdirmişdir.
Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyi münasibətilə işıq üzü görən 1-ci cilddə sənətkarın yaradıcılığı iIə bağlı istər XX əsrin birinci yarısında, istərsə də müasirlərimiz tərəfindən qələmə alınmış xatirə, oçerk, elmi-tədqiqat və esse xarakterli materiallar toplanmışdır.

[08.05.2008 ]
“HEYDƏR ƏLİYEV: HÜSEYN CAVİD YARADICILIĞI XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
iclasÜmummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-muzeyində “Heydər Əliyev: Hüseyn Cavid yaradıcılığı xalqımızın milli sərvətidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanovanın məruzəsində görkəmli şair və dramaturq Hüseyn Cavid irsinin qiymətləndirilməsində və nəşrində, xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılmışdır.

[13.12.2007 ]
“CAVİD ÖMRÜ” BƏDİİ FİLMİ “İBLİSƏMİ UYMUŞDU BƏŞƏRİYYƏT?” SUALINA TAM CAVAB VERİR
Cavid ömrüDekabrın 13-də Teatr Xadimləri İttifaqının səhnəsində böyük mütəfəkkir Hüseyn Cavidə həsr olunmuş “Cavid ömrü” filminin premyerası olmuşdur. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, ötən əsrin 30-cu illərində törədilən qanlı repressiya söz, sənət xadimlərinə, işıqlı təfəkkür sahiblərinə qənim kəsilmişdi. Repressiya qurbanlarından biri də dramaturq, pedaqoq, görkəmli şair Hüseyn Cavid olmuşdur. Bu gün nümayiş etdirilən “Cavid ömrü” bədii filmi unudulmaz şəxsiyyətin ömrünün, taleyinin, iztirablarının, cəfalarının təsvirini özündə əks etdirir.

[18.11.2007 ]
HÜSEYN CAVİDİN 125 İLLİYİNƏ HƏSR OLUNMUŞ “DEYİLƏN SÖZ YADİGARDIR” II RESPUBLİKA BƏDİİ QİRAƏT MÜSABİQƏSİNƏ YEKUN VURULUB
Hüseyn CavidNoyabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin 125 illik yubileyi münasibətilə keçirilən “Deyilən söz yadigardır” II Respublika bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.  Mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyev oktyabrın 21-dən 24-dək Ağdaşda keçirilən müsabiqənin bütün iştirakçılarını və münsiflər heyətini təbrik etmişdir. O, müsabiqənin gənc istedadların üzə çıxarılmasında, gənclərin ədəbiyyata marağının güclənməsində, bədii zövqün inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.


[18.11.2007 ]
MƏN ƏBƏDİ HÜRRİYYƏTİN SEVDALI BİR CİLVƏSİYƏM!...
Hüseyn Cavid“Hüseyn Cavidi Vətənə qaytaran böyük azərbaycanlı Heydər Əliyevin əziz xatirəsinə ithaf olunur”. Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynovun yenicə çapdan çıxmış “Əbədi Cavid” kitabı bu sözlərlə açılır.
Kitabın ilk səhifəsində ədəbiyyatşünas Salman Mümtazın fikirləri verilmişdir: “Doğrudur, Mirzə Fətəlilər, Həsən bəy Məlikovlar, Hacı Seyid Əzimlər, Hacı Əbdürrəhim Talıbovlar, Sabirlər, Sidqilər, Səid Səlmasilər, Abdulla Tofiqlər, Nakamlar, Şuxilər əlimizdən gediblərsə də, lakin şükürlər olsun ki, Nəcəf bəylər, Haqverdiyevlər...




<< Əvvəlki    1 2 3 4    Sonrakı>>


© 2006-2007 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil

www.lit.az-Azərbaycanın ədəbiyyat portalı