Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi


/ Muzeyin tarixi /

Xəbərlər


[14.09.2007 ]
NAXÇIVANDA TURAN CAVİDİN ANIM GÜNÜ KEÇİRİLMİŞDİR
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində ədibin qızı Turan Cavidin vəfatının 3-cü ildönümü ilə əlaqədar anım günü keçirilmişdir. Tədbir iştirakçıları Turan xanımın Hüseyn Cavid məqbərəsindəki məzarını ziyarət etmiş, qəbri üstünə gül dəstəsi qoymuşlar. Hüseyn Cavidin ev-muzeyində davam etdirilən tədbirdə muzeyin direktoru Bəhruz Axundov böyük yazıçının qızının həyat və yaradıcılığı haqqında məlumat vermiş, onunla bağlı xatirələrini söyləmişdir. Tədbir iştirakçıları muzeydə Turan xanıma

[12.09.2007 ]
BÖYÜK AZƏRBAYCAN ŞAİRİ HÜSEYN CAVİDİN 125 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLMİŞDİR
Sentyabrın 12-də F.Köçərli adına Respublika uşaq kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 125 illiyi və qızı Turan Cavidin xatirə gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Fizurə Quliyeva dahi şairin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan ədəbiyyatında yaradıcılığının özünəməxsusluğu ilə xüsusi yer tutan Hüseyn Cavid yeni nəsil tərəfindən də dərindən öyrənilməli və onların tərbiyəsində görkəmli şairin ədəbi irsindən hərtərəfli istifadə olunmalıdır.

[17.08.2007 ]
“CAVİD ÖMRÜ” FİLMİNƏ İCTİMAİ BAXIŞ
Tanınmış kinorejissor Ramiz Həsənoğlunun xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyi “Cavid ömrü” filminə ictimai baxış keçirilmişdir. Filmin rəssamı Adil Ayaz, bəstəkarı Cavanşir Quliyev, baş məsləhətçisi AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynovdur. Filmdə görkəmli Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin kəşməkəşli həyat və yaradıcılıq yolundan, ötən əsrin 30-cu illəri repressiyalarının günahsız qurbanları olan ədəbiyyat və incəsənət xadimlərinin acı taleyindən bəhs edilir. Filmdə xalq artistləri Rasim Balayev (Hüseyn Cavid), Ramiz Novruz (M.C.Bağırov), aktyorlar Dilarə Əliyeva (Mişkinaz xanım) və başqaları çəkilmişlər.




<< Əvvəlki    1 2 3 4    Sonrakı>>


© 2006-2007 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil

www.lit.az-Azərbaycanın ədəbiyyat portalı