Burada muzeyin eksopnatlarını seyr emək mümkündür. Hal hazırda siz "Cavidin faciəsi" otağının (III otaq) eksponatları ilə tanış olursunuz. Eksponatlara baxmaq üçün fotoların üzərində sol düyəməni sıxın, digər eksponata keçid üçün açılmış pəncərə üzərində eyni əməliyyatı yerinə yetirin. Digər otaqlara keçmək üçün:
1. «Hüseyn Cavidin faciəsi» adlı otaqdan bir görünüş
2. Hüseyn Cavidin kitablarının və şəxsi əşyalarının yerləşdiyi kitab rəfi.
3. Ailəyə məxsus tumba və gecə lampası.
4. Cavidlərə məxsus divar saatı.
5.Cavidin üzərində şəxsi əşyalarının yerləşdiyi yazı masası.
6. Hüseyn Cavidin cənazəsinin Sibirdən Bakıya, buradan isə Naxçıvana aparılmasını əks etdirən fotolar; H.Cavid tutulan zaman çəkilmiş fasdan və profildən fotoları və əl izlərini əks etdirən sənəd.
7. Hüseyn Cavidin mərmərdən büstü, 1997. Heykəltaraş Ömər Eldarov.
8. «Hüseyn Cavidin faciəsi» adlı otaqdan bir görünüş.
9. Cavidin sürgündə olan zaman ailəsinə yazdığı məktublar, H.Cavidin ölümü haqqında şəhadətnamə və H.Cavidi həbs edən zaman evdə aparılan axtarış protokolu.
10. Ailəyə məxsus qoltuq və stol.
11. Repressiya illərində Cavidə qarşı yazılmış tənqidi məqalələr.
12. «Hüseyn Cavidin faciəsi» adlı otaqdan bir görünüş.
13. «Zordan üstün», yağlı boya, 1997. Rəssam Vaqif Ucatay.
Tablonun aşağısında Ərtoğrol Cavidə və Tahir Rəsizadəyə məxsus şeirlərdən misralar.
14. Repressiya illərinə həsr olunmuş kitablar: H.Cəmilzadə Bizi geri qaytaracaqlar – 1993, O.Mirzəyev Ağ ləkələr silinir – 1991, C.Qasımov Əsrin qiyamət çağı – 1997, Soyqrım analardan başlayar – 2003; MTN tərəfindən təqdim olunmuş Hüseyn Cavidin şəxsi işi; cib saatı; Sibirdəki məzarından götürülmüş torpağ.
15. Ərtoğrol Cavidin 1941-ci ildə hərbi xidmətdə olan zaman ailəsinə və müəllimlərinə yazdığı məktublar; onun çəkdiyi Abbas Mirzə Şərifzadə İblis rolunda rəsmi.