[17.12.2008 ] HÜSEYN CAVİDİN XATİRƏ GÜNÜ KEÇİRİLİB
Elmin inkişafı, texnikanın nailiyyətləri və informasiya bolluğu ilə səciyyələnən zəmanəmiz, buna baxmayaraq fəlsəfi özünüdərkə və idealist dünyagörüşünə, əxlaqi və mənəvi təkamülə daha böyük ehtiyacı ilə seçilir. Ədəbiyyatda fövqəladə təsir qüdrəti ilə fərqlənən böyük Azərbaycan mütəfəkkiri və filosofu Hüseyn Cavidin pyesləri məhz müasir dövrdə xüsusi əhəmiyyətə malikdirlər. Hüseyn Cavidin qələmindən çıxmış əsərlər məna etibarilə çox ibrətamiz və hikmət dolu bir tərzdə yazılmışdır. Buna görə də dərin fəlsəfi məna kəsb edən, ümumbəşəri ali ideyalar təbliğ edən Hüseyn Cavid yaradıcılığı Azərbaycan xalqı tərəfindən daima qiymətləndirilir və həmişə yad olunmaqdadır.
[22.09.2008 ] TURAN CAVİDİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FİLM-VERİLİŞ ÇƏKİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev muzeyində yazıçının qızı Turan Cavidin 85 illik yubileyi münaisbətilə sənədli filmin çəkilişlərinə başlanılıb. Artıq çəkilişlərin ilkin mərhələsi yekunlaşıb. Oktyabr ayının 2-də AZTV film-verilişin ilk hissəsini nümayiş etdirəcək. Rejissoru Ramiz Həsənoğlu, ssenari müəlifi Sadıx Elcanlı, quruluşçu operatoru Musa Vəliyev olan filmdə Turan Cavidin həyat və yaradıcılığından bəhs olunub. Filmdə sənətşünas alim Aydın Talıbzadə, "Cavid ömrü" filminin ssenari müəllifi, xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, muzeyin direktoru Gülbəniz Babaxanlı
[10.09.2008 ] TURAN CAVİDƏ HƏSR OLUNMUŞ XATİRƏ GÜNÜ KEÇİRİLƏCƏK
ELAN Sentyabr ayının 12-də saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində cavidlər ailəsinin sonuncu üzvü Turan xanım Cavidin vəfatının ildönümü ilə əlaqədar xatirə günü keçiriləcək. Tədbirdə Turan xanımın Cavid isrinin öyrənilməsi və təbliğ olunması istiqamətində gördüyü saysız-hesabsız işlərdən, cavidlər ailəsindən bəhs olunacaq.
[29.08.2008 ] HÜSEYN CAVİD ENSİKLOPEDİYASI TAMAMLANMAQ ÜZRƏDİR
AMEA Naxçıvan bölməsində Azərbaycanın görkəmli şair və dramaturqu, filosofu Hüseyn Cavidlə bağlı ensiklopediyanın nəşrə hazırlanması üzrə yaradıcı heyətin yığıncağı keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mütəfəkkir şair Hüseyn Cavidin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında Sərəncama əsasən tərtib edilmiş tədbirlər planına uyğun olaraq, AMEA Naxçıvan bölməsi və NDU-nun Hüseyn Cavid ensiklopediyasının hazırlanması haqqında qərarını diqqətə çatdırmışdır.
[09.06.2008 ] “CAVİDŞÜNASLIQ” ÇOXCİLDLİYİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi əməkdaşlarının hazırladığı böyük sənətkarın yubileyinə həsr olunan “Cavidşünaslıq” çoxcildliyinin 3 cildini (I, II, III) nəşr etdirmişdir. Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyi münasibətilə işıq üzü görən 1-ci cilddə sənətkarın yaradıcılığı iIə bağlı istər XX əsrin birinci yarısında, istərsə də müasirlərimiz tərəfindən qələmə alınmış xatirə, oçerk, elmi-tədqiqat və esse xarakterli materiallar toplanmışdır.